Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı respublikamızda bir sıra tədbirlər təşkil olunur.
Yerli yazar Cabir Vaqif oğlu Həsənov rayonda əmək fəaliyyətinə ilk dəfə olaraq keçmiş Maliyyə idarəsində başlayıb. Hazırda Ağdaş Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
Ulu öndər Heydər Əliyevin doğum günü rayonda kütləvi tədbirlər və idman yarışları ilə geniş qeyd olunub.
12 may 2022-ci il tarixdə rayon Mərkəzi Kitabxanasında Ağdaş rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirildi.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2022-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Qaradeyin kənd sakinləri ilə keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Qaradeyin kənd sakinləri iştirak edirdilər.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağsaqqallar şurasının üzvü Vaqif Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi.
7 may 2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə respublika mərhələsinin final turu keçirilmişdir.
10 may 2022-ci il tarixdə Ağdaşda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olundu.
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti keçirilib.
4 may 2022-ci il tarixində Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Ağdaş şəhər Tofiq İsmayılov adına 8 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Xəlilzadə Almaz Şöhrət qızı “Tərifnamə” ilə təltif olunub. Təbrik edirik!
Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Ağdaş rayonunda hər il olduğu kimi bu il də müvəffəqiyyətlə icra ediləcəyi planlaşdırılır.
6 may 2022-ci il tarixdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirildi.
5-6 may 2022-ci il tarixlərində Ağdaş şəhər Nizami adına tam orta məktəbində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar rayon məktəblilərinin iştirakı ilə oğlanlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir
4 may 2022-ci il tarixində Ağdaş Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirildi.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2022-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Aşağı Zeynəddin kənd sakinləri ilə keçirdi.
30 aprel 2022-ci il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Çələbili Vüqar Fərəcullah oğlunun doğum günü qeyd olunub.
1 may 2022-ci il tarixində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Fərhadov Cəlaləddin Elxan oğlu, Səlimzadə Ramil Raqif oğlu və Mustafayev Siyasət Akif oğlunun doğum günləri qeyd olunub.
28 aprel 2022-ci il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2022-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Ləki qəsəbə sakinləri ilə keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Ləki qəsəbə sakinləri iştirak edirdilər.
27 aprel 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin 1 illik hesabat konfransı keçirilib. Tədbirdən öncə iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Sonra gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
23 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun S.Vurğun, Nizami, M.İsayev adına şəhər, Ləki qəsəbə 6 nömrəli, Orta Ləki kənd tam orta məktəbləri, M.Şeyxzadə adına TTH gimnaziya və Ağdaş Dövlət Humanitar Kollecinin tədris korpuslarında ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilmişdir.
22 aprel 2022-ci il tarixdə Ağdaş rayonunun Xosrov kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Kənan Bəhruz oğlunun doğum günü qeyd olunub.
22 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin 2022-ci tədris ili üçün hazırlıq planı və Ağdaş rayon İcra Hakimiyyətinin cari il üçün mülki müdafiə tədbirlər planına əsasən hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
21 aprel 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edən tədbir keçirildi.