Ağdaş Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib
Dekabrın 11-də Ağdaş Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın növbəti iclası keçirilib.
İclasda Şuranın üzvləri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Şuranın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib.
İdarə, müəssisə və təşkilat rəhbərlərinin payız-qış mövsümünə hazırlıqla əlaqədar aparılmış işlərə dair hesabatları dinlənilib. Təhsil qurumlarının rəhbərləri tərəfindən təhsil müəssisələri ilə bağlı görülən işlər barədə geniş məlumat verilib.
İclasda bir sıra sahələrdə aparılan işlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.