Ağdaşda əmək yarmarkası təşkil olunub
13 dekabr 2024 | 17:19
Dekabrın 13-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Yarmarkanın açılışında iştirak edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının məsul şəxsləri tədbirdə iştirak edən işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Əmək yarmarkasında 15 müəssisə üzrə 100-dən çox vakansiya təqdim edilib.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilib və onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Yarmarkada vətəndaşlar aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı, peşə hazırlığının təşkili işləri barədə məlumatlandırılıb və həmin tədbirlərəcəlb edilmək istəyən şəxslərin qeydiyyatı aparılıb.