Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhərində güclü küləyin fəsadları aradan qaldırılır

20 dekabr 2024 | 18:43
Güclü küləyin əsməsi nəticəsində Ağdaş şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki çoxmərtəbəli yaşayış binasının dam örtüyü sıradan çıxmış, binanın dam örtüyü yerbəyerdən asılı vəziyyətdə qalmış, yerə düşmüş dəmir parçaları gediş-gəliş üçün ciddi təhlükə yaradıb.
Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq yerli strukturlara dərhal tapşırıqlar verilmiş, asılı vəziyyətdə qalmış dəmir parçaları ərazidən kənarlaşdırılmaqla, yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.
Gün ərzində binanın dam örtüyünün təmir edilməsi üçün inşaat materialları əraziyə gətirilməklə, təmir işlərinə başlanılıb.
Təmir-bərpa işlərini aparan yerli qurumlar fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində çalışır.
Keçidlər