Şəhid Vüqar Çələbilinin ailəsi ziyarət olunub
Dekabrın 14-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Nehrəxəlil kəndində doğulub boya-başa çatmış Çələbili Vüqar Fərəcullah oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar onun ailəsini ziyarət edib.
Görüşdə rayon rəhbərliyi ilə yanaşı, ictimaiyyətin nümayəndələri də iştirak edib.
Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə böyük igidliklər göstərərək şəhadətə yüksəlmiş bütün qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı ardıcıl sosial dəstək tədbirləri həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcəkdir.
Şəhidin ailə üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.