Ağdaşda güclü küləyin fəsadları aradan qaldırılır
15 dekabr 2024 | 17:13
Dekabrın 13-dən 14-dək davam edən güclü külək Ağdaş şəhəri və rayonun digər yaşayış məntəqələrinə də ciddi ziyan vurub.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və fövqəladə hallar komissiyasının üzvləri güclü külək nəticəsində ictimai yaşayış binalarının dam örtüklərinin aşdığı, ağacların kökündən qopduğu, elektrik və internet xətlərinin zədələndiyi, elektrik transformatoru və naqillərinin sıradan çıxdığı ərazilərə baxış keçiriblər.
Fəsadların dərhal aradan qaldırılması məqsədilə yerlərə canlı qüvvə və texnikalar cəlb olunub.
Dekabrıın 14-də günün ikinci yarısından başlayaraq rayonun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılıb.
Ağdaş şəhəri ərazisində dam örtüyü sıradan çıxmış yaşayış binalarının təmirinə də başlanılmış və təbii fəlakətin törətdiyi ciddi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.