Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.

23 noyabr 2021 | 11:00

23 noyabr 2021-ci il tarixdə Birinci Qarabağ Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Qəribli kəndindən olan şəhid Məmmədov Bəhman Balakişi oğlunun xatirəsinə  inşa edilən bulağın açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, doğmaları iştirak edirdi.
Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məktəblilərin ifasında bədii  kompozisiya nümayiş etdirildi.
Allah rəhmət eləsin!

Keçidlər