Vakansiyalar
ELAN
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibə mərhələsi üzrə
Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən 4 vakant vəzifə təqdim olunub.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 16 oktyabr 2024-cü il tarixədək saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550
Ümumi müsahibə elanları
- Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatı, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, şöbə müdiri (1 yer)
2. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Gürcüva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, nümayəndənin müavini (1 yer)
3. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, nümayəndə (1 yer)
4. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, nümayəndə (1 yer)