Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə fasiləsiz təmin olunur. Elektrik verilişi xətlərinin ümumi uzunluğu 1783 poqon km, transformatorların ümumi sayı isə 277-dir. Rayon ərazisində 4 elektrik yarımstansiyası var və hazırda rayonun Kükəl kəndi ərazisində daha bir 220/110 kv-luq 2x125 MVA gücündə elektrik yarımstansiyasının tikintisi davam edir.
Rayonun 75 yaşayış məntəqəsindən 34-ü təbii qaz yanacağı ilə təmin olunur. Hazırda 5 kənd yaşayış məntəqəsinin qazlaşdırılması üçün tikinti-quraşdırma işləri görülür.
Rayonda 3 kənddə su təmizləyici qurğu quraşdırılmış, 24 kənddə artezian quyusinin suyundan istifadə olunur. Ağdaş şəhərinin su xəttinin uzunluğu 57.2 km, kanalizasiya xəttinin uzunluğu isə 18 km-dir. Azərbaycan hökumətinin və Asiya İnkişaf Bankının vəsaiti hesabına şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsinə 2008-ci ildə başlanılmışdır. Layihə çərçivəsində suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də su kanal idarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatmışdır. Layihənin ikinci mərhələsi üzrə su qəbuledici qurğuların tikintisinin tam başa çatdırılması, su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri görülməlidir.
Rayonun 27 yaşayış məntəqəsi tam telefonlaşdırılmışdır. Hazırda 6 kəndin telefonlaşdırılması üçün tədbirlər görülür. 2010-cu ildə bütün ATS-lərin elektron ATS-lə əvəz edilməsi başa çatmışdır.
Rayon ərazisindən Bakı-Tibilisi dəmir yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Qaradağ-Akstafa boru kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir. Bakı-Tibilisi dəmir yolunun keçdiyi ərazidə yerləşən Ləki qəsəbəsində dəmir yolu stansiyası vardır. Hazırda Ağdaş şəhər Ləki qəsəbəsini birləşdirən 10.0 km-lik yola asfalt vurulur. Rayon ərazisindən Bakı-Şamaxı-Qazax və Bakı-Kürdəmir-Qazax magistral avtomobil yolları keçir. Bakı-Kürdəmir-Qazax magistral avtomobil yolunun yenidən qurulması başa çatmış, Bakı-Şamaxı-Qazax magistral avtomobil yolunun yenidən qurulması işləri hazırda davam edir.



Gələcəkdə görüləcək infrastruktur layihələri


Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi üzrə su qəbuledici qurğuların tikintisinin tam başa çatdırılması, su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması işlərinin görülməsi.
Ləki qəsəbəsinin su-kanalizasiya sisteminin qurulması.
Rayonun elektrik verilişi xətlərinin yenidən qurulması.
Rayonun 41 kənd yaşayış məntəqəsinin qazlaşdırılmasının həyata keçirilməsi.
Rayonun 48 yaşayış məntəqəsinin telefonlaşdırılması.
Rayonun bütün təhsil və səhiyyə müəssisələrinin istilik sistemlərinin qurulması.
Ağdaş şəhərinin və Ləki qəsəbəsinin küçələrinin asfaltlaşdırılmasının başa çatdırılması.
Rayonun kənd yaşayış məntəqələrinin yollarının asfaltlaşdırılmasının başa çatdırılması.
 

Keçidlər