Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin il mərasimi keçirildi.

19 noyabr 2021 | 11:00

19 noyabr 2021-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Azər Vəli oğlunun il mərasimi keçirilib.  Mərasimdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib. Hüzr mərasimlərində şəhidin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhuna dualar oxunub. Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər