Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda xatirə bulaqlarının açılışları keçirildi.

05 oktyabr 2021 | 11:00

5 okyabr 2021-ci il tarixdə Ağdaş rayonunun Xosrov  və Qaradeyin kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan   Vəliyev Sadiq Ayaz oğlunun il mərasimi və Məsimov Əkbər Yunis oğlunun doğum günü  münasibəti ilə xatirə bulaqlarının açılış mərasimləri keçirilib.
Mərasimlərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə,  Milli Məclisin deputatı Cavid Osmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi,  ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, gənclər, qazilər, müharibə iştirakçıları, şəhidlərin döyüşçü yoldaşları iştirak edib.
Tədbirdən öncə şəhidlərin məzarları ziyarət olunub, ruhlarına  dualar  oxunub.
  Xatirə bulaqlarının  açılışında şəhidlərin döyüş yolundan söhbət açılıb, ruhlarına dualar oxunub. Məktəblilərin ifasında bədii kompozisiya  təqdim olunub.
Şəhidlərin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Bir qrup şəhid ailələrinə medallar təqdim edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər