Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidlərin il mərasimləri keçirildi.

04 oktyabr 2021 | 11:00

4 okyabr 2021-ci il tarixdə Ağdaş şəhəri və  Ərəbocağı kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan  Məmmədzadə Fərid Mehman oğlu və  Osmanov Məhəmməd Seymur oğlunun il mərasimləri keçirilib.
Mərasimlərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Milli Məclisin deputatı Cavid Osmanov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik Qulu Əsədov,  ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Hüzr mərasimlərində şəhidlərin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhlarına dualar oxunub.
Şəhidlərin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər