Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi.

16 sentyabr 2021 | 11:00

16 sentyabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul zamanı 600 baldan yuxarı nəticə əldə etmiş rayon məzunları ilə tədbir keçirildi.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
2021-ci ildə buraxılış və qəbul imtahanlarında iştirak edərək ali məktəbə daxil olmaq üçün elektron ərizə ilə müraciət edənlərin 277 nəfəri tələbə adını qazanmışdır. 
Cari ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 7 nəfəri 600 baldan yuxarı, 43   nəfəri isə 500-600 bal intervalında nəticələr göstərmişlər. Həmin məzunlar hamısı ölkənin nüfuzlu ali məktəblərinin tələbələri sırasına daxil olmuşlar.
Tədbirdə çıxış edən tələbələr təhsilə göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq hisslərini ifadə edərək, təhsil uğurlarını daha da artıracaqlarını qeyd etmişlər.
Sonda ən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara hədiyyələr verilmişdir.

Keçidlər