Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam etdirilir.

16 sentyabr 2021 | 11:00

16 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Ərəbocağı  kəndindən olan şəhidlər Kərimli Nihat Teymur oğlu, İdrisov Xəyal İbrahim oğlu, Osmanov Məhəmməd Seymur oğlu və Kotavan kəndində qeydiyyatda olmuş, Mingəçevir şəhərində yaşamış şəhid İbrahimzadə Nahid Şahid oğlunun rayon İcra Hakimiyyəti rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında onların döyüş yolu barədə söhbət açılmış, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatı təqdim edildi.

Keçidlər