Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbulun ilkin mərhələsi başa çatıb.

07 sentyabr 2021 | 11:00

Ağdaş rayon məktəbliləri 2021-ci ildə ali məktəblərə qəbul kampaniyasında fərqləndirici nəticələrə nail olublar.
Tofiqi kənd tam orta məktəbinin məzunu Vahabova  Dilşad Xəqani qızı cari dərs ilində tam orta təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Buraxılış və qəbul imtahanlarında 661.7 bal toplayan abituriyent 4-cü ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin tələbəsi adını qazanmışdır. Bu nailiyyət tələbə adını qazanmış rayonun məzunları arasında ən yüksək göstəricidir.

Təbrik edirik!

Keçidlər