Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunun qaz təsərrüfatında təmir və yenidənqurma işləri davam edir

26 aprel 2021 | 11:00

Zaqatala RQİİ-nin Ağdaş XS üzrə şəhərin İstiqlal küçəsinin genişlənmiş ərazisində vətəndaşların fərdi evlərinin qazlaşdırılması üçün küçə qaz xəttinin olmadığını və vətəndaşların müraciətlərini nəzərə alaraq "Azəriqaz" İB həmin ərazidə küçə qaz xəttlərinin çəkilməsi üçün müxtəlif diametrli polad borular ayırmışdır. Yaxın günlərdə qaz xəttlərinin çəkilişi "Azəriqaz" İB-nin təmir-tikinti idarəsinin əməkdaşları tərəfindən başlanacaqdır. Bundan başqa şəhərin M.İsayev küçəsində, "Soyuq Bulaq" adlanan ərazisində, Qaradağlı kəndinin genişlənən ərazisində yeni küçə qaz xəttlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər