Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin Ağdaş şəhidlərinə həsr olunan kitabın təqdimetmə mərasimi keçirildi.

24 aprel 2021 | 11:00

23 aprel 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində əməkdar müəllim Yaqut Mustafayevanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ağdaşın igid oğullarının həyatından, döyüş yolundan bəhs edən “Ən ali məqam” adlı kitabının təqdimetmə mərasimi keçirildi.
Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində  əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd etmiş, bu Qələbənin bütün dünyada təqdir olunduğunu diqqətə çatdımışdır.
Çıxış edənlər bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulduğunu qeyd etməklə, şəhidlərimizə həsr edilən sözügedən kitabın yetişməkdə olan gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışlar.
Sonda müəllif onun əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə etmiş və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.

Keçidlər