Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ağsaqqallar Şurası idarə heyətinin iclası keçirildi.

06 aprel 2021 | 11:00

5 aprel 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurası idarə heyətinin iclası keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Milli Məclisin deputatı,  Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatının sədri  Cavid Osmanov və Respublika Ağsaqqallar Şurası aparatının böyük məsləhətçisi Kamal Əliyev iştirak edirdi.
Tədbirdən öncə rayon rəhbərliyi və qonaqlar Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
İclas Heydər Əliyev Mərkəzinin kiçik konfrans zalında davam etdirildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açaraq qonaqları salamladı.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Respublika Ağsaqqallar Şurasının keçmiş sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun və  və ötən dövr ərzində vəfat etmiş digər ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi əsasında yeni formalaşmış ağsaqqallar şurasının tərkibi, əsasnaməsi və şuranın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdi.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan dövlətinin müstəqillik tarixindən ötən 30 illik dövr ərzində respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin siyasətinə daim sadiq olmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük missiyaya hər zaman dəstək vermiş, daim gənclərin bu ruhda tərbiyəsi və fəaliyyətləri üçün dəyərli tövsiyələrini əsirgəməmişlər.
İclasda təşkilati məsələlər müzakirə olundu. rayon Ağsaqqallar Şurasının idarə heyətinin və Təftiş Komissiyasının sədrləri və üzvləri seçildi.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov yekunlaşdırdı və xatirə şəkli çəkdirildi.

Keçidlər