Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Aprel şəhidinin xatirəsi əbədiləşdirilib.

05 aprel 2021 | 11:00

5 aprel 2021-ci il tarixdə rayonun Şəkili kəndində Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Cəbrayılov Ömər Məzahir oğlunun adına inşa edilən xatirə bulağının açılışı olub.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin doğmaları, döyüşçü yoldaşları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbirdə 2016-cı ilin aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən bəhs olunub.
Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim edilib.
Qeyd edək ki, Ömər Cəbrayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Keçidlər