Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin iştirakçısı yeni vəzifəyə təyin edildi.

13 mart 2021 | 11:00

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən  Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə Vətən müharibəsi iştirakçısı Musayev Mahir Seyidağa oğlu təyin edilmişdir.
Bildiririk ki, sıravi əsgər kimi 44 günlük Vətən müharibəsində iştirak etmiş Mahir Musayev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur.
Erməni təxribatçılarına qarşı döyüş bölgələrində baş kəşfiyyatçı olaraq göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”,  “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi adından dövlət qulluğunun inzibati vəzifəsinə təyin edilən Mahir Musayevi təbrik edir, yeni faəliyyətində ona uğurlar arzulayırıq.

Keçidlər