Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Şıxlı kəndində qazlaşdırılma işlərinə başlanılıb.

28 avqust 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2020-ci il tarixdə imzaladığı  "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrasına uyğun olaraq 2020-ci ildə Ağdaş rayonunda 11 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Cari ilin avqust ayının əvvəlindən başlayaraq rayonun  Şıxlı kəndində qaz xəttinin çəkilişinə başlanılmışdır. 
Layihə əsasında kənddə 150 fərdi yaşayış evinin  qazlaşdırılması  nəzərdə tutulur. İndiyədək təqribən 10 km ərazidə yerüstü, 1 km ərazidə isə yeraltı polietilen borular quraşdırılıb.
Yaxın günlər ərzində qaz sayğaclarının quraşdırılmasına başlanılacaqdır. Kənd ərazisində qaz çəkilişinin sentyabr ayının sonlarında yekunlaşması gözlənilir.
Qeyd edək ki, hazırda Şıxlı kəndində 779 nəfər əhali yaşayır.

Keçidlər