Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul - Polis işçilərinin peşə bayramı günüdür

02 iyul 2020 | 11:00

2 iyul - Polis işçilərinin peşə bayramı günüdür.

Azərbaycan polisinin yaradılmasından 102 il ötür. Bu gün cəmiyyətimizin bütün sahələri üçün vacib olan, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşların asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən  polislərin peşə bayramıdır.
Bu  xüsusi gün münasibətilə  bütün polisləri,  o cümlədən rayonumuzun polis işçilərini təbrik edirik.
Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir.
Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin xidməti fəaliyyəti dövlət və xalq üçün olduqca əhəmiyyətlidir.
Bəllidir ki, koronavirus pandemiyasının ilk günlərindən etibarən  ölkəmizdə karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. Bu  əlbəttə, asan məsələ deyil.
Fədakar tibb işçiləri xəstəliyə yoluxmuş vətəndaşlarımızın müalicəsi ilə məşğul olursa, şəhərlərimizin və rayonlarımızın yaşayış məntəqələrinin küçə, meydan və yollarında hər gün  qarşılaşdığımız polis əməkdaşları bizi məhz təhlükəli virusa yoluxmaqdan qorumağa çalışırlar.
Onlar qoruyucu tibbi maska¬lardan istifadə etməyimizə, bir-birimizlə sosial məsafəni qoruyub saxlamağımıza, ölkəmizdə asayişin təmin edilməsi kimi vacib bir məqama daim nəzarət edirlər.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev zaman-zaman polis orqanlarında  ləyaqətlə çalışan  polis əməkdaşlarının nümunəvi xidmətlərini həmişə yüksək qiymətləndirmiş, daim onlara arxa, dayaq olmuşdur.
Asayişin keşiyində ayıq-sayıq dayanan polis işçiləri bu diqqət və qayğını ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında daha aydın şəkildə hiss edirlər.
Bayramınız mübarək olsun.

Keçidlər