Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mürsəl kəndində qazlaşdırılma işləri başa çatmaq üzrədir.

22 iyun 2020 | 11:00

Rayonun Mürsəl kəndində qazlaşdırılma işləri başa çatmaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2020-ci il tarixdə imzaladığı  "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrasına uyğun olaraq 2020-ci ildə Ağdaş rayonunda 11 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.
Bu istiqamətdə hazırda rayonun Mürsəl kəndində qaz xəttinin çəkilişinə başlanılmışdır. Kəndin qazlaşdırılması işinin qısa müddət ərzində başa çatdırılması gözlənilir.
Qeyd etmək lazımdır ki, yaxın dövr ərzində rayonda daha 7 yaşayış məntəqəsi, o cümlədən Yuxarı Nemətabad, Aşağı Qobuüstü, Qobuüstü, Hacılar, Malay, Şıxlı və Yenikənd kəndlərində də vətəndaşların fərdi yaşayış evlərinin qazlaşdırılmasının başa çatdırılması  nəzərdə tutulur.

Keçidlər