Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda dezinfeksiya tədbirləri davam etdirilir.

10 iyun 2020 | 11:00

Koronavirus infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Rayonda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə şəhərdəki çoxmərtəbəli yaşayış binalarının ümumi istifadə yerləri, giriş blokları və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər