Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizədə açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayanlar barədə cinayət-hüquqi tədbirlər davam etdirilir.

12 may 2020 | 11:00

Ölkəmizdə dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları müşahidə olunmaqdadır. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi davam etdirilir.
Son vaxtlar ərzində kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhəri, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi ölkə əhalisi tərəfindən razılıqla qarşılanır.
8 may 2020-ci il tarixdə daxil olmuş siqnallar əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur.
Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs-qəti imkan tədbiri seçilmişdir.
Dövlət başçısı tərəfindən bu cür neqativ hallara yol vermiş məmurların hərəkətləri xəyanətkarlıq kimi qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, bu cür xəyanət yolunu seçənlərin törətdiyi əməllər istər hüquqi, istərsə də mənəvi baxımdan bağışlanılmazdır, onlara qarşı qanun ən sərt formada tətbiq olunacaqdır.

Keçidlər