Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş peşə məktəbində tədbir keçirildi.

25 fevral 2020 | 11:00

Ağdaş peşə məktəbində tədbir keçirildi.

25 fevral 2020-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Peşə məktəbində “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.            
Tədbir boyunca çıxışlarda 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirildiyi bildirildi, faciənin xalqımızın tarixində qanla yazıldığı qeyd edildi.
Diqqətə çatdırıldı ki, erməni vandallarının Xocalı şəhərini hədəfə almaqda məqsədləri Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaqla yanaşı Xocalını yer üzündən birdəfəlik silmək idi.
Tədbir məktəbin şagirdlərinin ifasında ədəbi kompozisiyanın təqdimatı ilə başa çatdı.

Keçidlər