Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirildi.

23 yanvar 2020 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova könüllülərə fəaliyyətləri dövründə qazandıqları  təcrübəni gələcəkdə uğurla tətbiq etmələrini arzuladı. O qeyd edərək bildirdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir.
Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran daha 2 nəfərə sertifikatlar təqdim edildi.

Keçidlər