Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi.

30 oktyabr 2019 | 11:00

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq “Uşaq hüquqları aylığı” elan edilir.
Respublikanın hər yerində olduğu kimi aylıq çərçivəsində Ağdaş rayonunda da uşaq hüquqları sahəsində silsilə tədbirlər həyata keçirilir.
30 oktyabr 2019-cu il tarixdə 8 nömrəli şəhər körpələr evi-uşaq bağçasında tədbir keçirildi.
Tədbirdə çıxış edənlər  “Uşaq hüquqları aylığı”, bu aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğu haqqında məlumatlar verməklə, BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqlarının, o cümlədən, uşaqların sağlamlıq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətin əhəmiyyətini vurğuladılar.
Tədbirdə bağçalarda ictimai tərbiyəyə cəlb olunan uşaqlar tərəfindən aylığın  mahiyyətini özündə əks etdirən bir-birindən maraqlı, rəngarəng səhnəciklər, şeirlər, musiqilər nümayiş etdirildi.

Keçidlər