Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsi anıldı

19 yanvar 2017 | 11:00

19 yanvar 2017-ci il tarixdə Ağdaş şəhər M.İsayev adına şəhər tam orta məktəbində 20 Yanvar  şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilmişdir.
Tədbir iştirakçıları tərəfindən 20 Yanvar şəhidi Müşviq İsayevin büstü önünə gül-çiçək dəstələri düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Anım tədbirində  20 Yanvar şəhidləri və torpaqlarımızın bütövlüyü uğrunda  şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilmiş, çıxış edənlər və məktəblilərin ifasında təqdim edilən kompozisiyada 20 Yanvar  hadisələri  zamanı şəhid olan qəhrəman oğulların müstəqil Azərbaycanın tarixində şanlı bir iz qoyduqları qeyd olunmuş, müstəqilliyimizin simvoluna çevrilmiş bu insanların xalqımızın qan yaddaşında əbədi yaşayacağı bildirilmişdir.
Tədbirdə iştirak edən şəhidin ailə üzvləri və doğmaları M.İsayevin xatirəsinə  göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirməklə, bütün şəhidlərimizin  müqəddəs arzusu olan torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə dərin inam hissi ifadə etmişlər.
 

Keçidlər