Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.

20 yanvar 2017 | 11:00

"20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun ayrı-ayrı əmək kollektivləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı  anım mərasimləri keçirilmişdir. Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində 19 yanvar 2017-ci il tarixdə  20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anılması məqsədilə xüsusi dərslər keçirilmişdir.

Ağdaş Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş idmanın müxtəlif növləri üzrə açıq rayon birinciliyi keçirilmişdir. Qalib idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

20 Yanvar 2017-ci il tarixdə hüzn günü ilə əlaqədar idarə, müəssisə və təşkilatların üzərindəki dövlət bayraqları matəm əlaməti olaraq endirilmiş, gün ərzində həzin musiqi səsləndirilmişdir.

Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür.

Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım tədbirlərində 5 mindən artıq rayon sakini iştirak etmişdir.

Keçidlər