Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 26 iyun-Silahlı Qüvvələr günü qeyd olunmuşdur.

30 iyun 2016 | 11:00

25 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində 26 iyun-Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsinin şəxsi heyəti xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin  abidəsi önünə  gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir dəyimi masa ətrafında davam etdirilmişdir. Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası dövlət müstəqilliyinə qovuşduqdan dövlət  quruculuğu ilə yanaşı, ordu quruculuğu sahəsində böyük işlərin görüldüyü qeyd olunmuşdur.  Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Tədbirdə gənclərin  orduda xidmətə hazırlanması və zabit peşələrinə yönləndirilməsi istiqamətində məsələlərə toxunulmuş, yeniyetmə və gənclər arasında vətənpərlik hisslərinin yüksəldilməsi istiqamətində aparılan işlərin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd edilmişdir.

Keçidlər