Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirildi.

10 may 2016 | 11:00

7 may 2016-cı il tarixdə rayon Təhsil şöbəsi ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən  rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq,  ulu öndərin  təhsil sahəsindəki çoxşaxəli fəaliyyətinin müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm zəmin yaratdığını iştirakçıların diqqətinə çatdırdı.
Tədbir boyunca  məktəblilərin  ifasında  görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunan şeir nümunələri, hərbi-vətənpərvərlik mövzusunda mahnı çələgi təqdim olundu, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərin xronikasını əks etdirən slayd nümayiş etdirildi.

Keçidlər