Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli yazar Pərvanə Mehmanqızının “Murov qartalı” kitabının təqdimatına həsr olunmuş tədbir keçirildi.

17 avqust 2022 | 14:54

 17 avqust 2022-ci il tarixdə saat 10:00-da Heydər Əliyev Mərkəzində yerli yazar  Pərvanə Mehman qızının Ağdaş rayonunun Abad kəndində böyüyüb başa çatmış, Azərbaycan Ordusunun peşəkar zabitlərindən biri olmuş  ikinci Qarabağ savaşında  şəhidlik zirvəsinə ucalan  polkovnik-leytenant  Atəm Vaqif oğlu Əliyevin həyatı və döyüş yoluna həsr olunmuş “Murov qartalı” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, yerli yazarlar, şəhidin ailə üzvləri,  şəhid ailələrinin nümayəndələri, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə  açıb. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Atəm Əliyevin şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında  şəhid olan bütün şəhidlərin, o cümlədən   Atəm Əliyevin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Natiqlər yenicə işıq üzü görmüş bu kitabın əsas məziyyətləri barədə fikirlərini bölüşməklə, şəhidin döyüş yolu və vətənpərvərliyinin bədii boyalarla parlaq şəkildə əks etdirildiyini vurğulamış, belə əsərlərin  gələcək nəsillər üçün örnək mənbəyi olacağına əminliklərini ifadə etmişlər. Tədbirin yekununda şəhidin ailə üzvləri, yaxınları və kitabın müəllifi göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və tədbirin təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər