Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçu, polkovnik-leytenant Atəm Əliyevin xatirəsi yad edilib.

25 yanvar 2024 | 16:59

25 yanvar 2024-cü il tarixində  Ağdaş rayonunun Abad kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan,  Milli Ordunun zabiti Əliyev Atəm Vaqif oğlunun xatirəsinə ehtiram əlaməti olaraq anım mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyəti  aparatının məsul əməkdaşları, Milli Məclisin deputatı Cavid Osmanovun köməkçisi, Yeni Azərbaycan Partiyası  rayon təşkilatının nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Abad kənd qəbiristanlığında şəhid Atəm Əliyevin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Ehsan süfrəsi ətrafında şəhidlərin döyüş yolu və qəhrəmanlığından söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!
Keçidlər