Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidinin ailəsi ziyarət olunub.

05 oktyabr 2023 | 17:03

5 okyabr 2023-cü il tarixində Ağdaş rayonunun Xosrov kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan  Vəliyev Sadiq Ayaz oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər