Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Ağdaş rayonuna səfər edib.

25 yanvar 2024 | 17:02

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Recep Öztopla görüşüb. Ötən ildən diplomatik fəaliyyətə başlayan Baş konsula uğurlar arzulanıb. Qəbul zamanı diplomata  Ağdaşın tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verilib. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin  mövcud olduğunu qeyd edərək dövlətimizin bütün sahələrdə  qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini bildirərək bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Baş konsula Ağdaş rayonunda həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub. Görüşdən sonra  qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Sonra Türkiyəli diplomat rayonun  Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, tarix-diyarşünaslıq muzeyi, Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi məktəbinə baş çəkib, Yeniarx kəndində yaradılmış Lavanda gülçülük kompleksi və Şıxlı kəndində Biyan Sənaye parkında istehsal sahələri ilə tanış olub. Müəssisələrin əmək kollektivləri ilə xatirə şəkli çəkdirilib.

Keçidlər