Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbələrə Prezident təqaüdü veriləcək.

19 oktyabr 2023 | 10:44

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və respublikanın ali məktəblərinə daxil olmuş 102 nəfər tələbəyə Prezident təqaüdü veriləcəkdir. Qürurverici haldır ki, Prezident təqaüdünə layiq görülən tələbələrin sırasında Ağdaş şəhər Nizami adına 2 nömrəli tam orta məktəbin məzunu Qurbanov Anar Arzu oğlu və M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əzi̇zova Mələkxanım İlqar qızı da yer alıblar. Böyük təhsil uğuru qazanan məzunlarımızı səmimiyyətlə təbrik edir, onlara möhkəm cansağlığı və qarşıdan gələn illərdə yeni-yeni təhsil nailiyyətləri arzulayırıq.

Keçidlər