Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxlı kəndində şəhid Əyyub Osmanovun ailəsi ziyarət olunub.

18 dekabr 2023 | 15:12

17 dekabr 2023-cü il tarixində Ağdaş rayonunun Şıxlı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Osmanov Əyyub Azər oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində rayon İcra Hakimiyyəti, YAP Ağdaş rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin Ağdaş sektorunun əməkdaşları, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlarından söhbət açılıb. Yekunda şəhidin ruhuna dualar oxunub, valideyinlərinə başsağlığı verilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.          

 

Keçidlər