Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmsabad kəndində şəhid Əlibəy Feyruzlunun xatirəsi anılıb.

25 oktyabr 2022 | 17:46

25 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Feyruzlu Əlibəy Samir oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub, xatirə bulağının önündə tədbir keçirilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.Şəhidin döyüş yolu və qəhrəmanlığından söhbət açılıb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər