Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin ildönümü anılıb.

08 noyabr 2023 | 11:45

8 noyabr 2023-cü il tarixində Ağdaş rayonunun Kotavan kəndində qeydiyyatda olmuş, Mingəçevir şəhərində torpağa tapşırılan şəhid İbrahimzadə Nahid Şahid oğlu  və  Mürsəl kəndində doğulub boya-başa çatmış,  44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Həsənov Elvin Əlizadə oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailələri ziyarət olunub. İl mərasimlərində rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firdovsi Məmmədov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Yerlərdə keçirilən görüşlər zamanı şəhidlərin şərəfli döyüş yolundan söhbət açılıb, xatirələri anılıb, ruhlarına dualar oxunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər