Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü qeyd olundu.

23 aprel 2022 | 13:39

22 aprel 2022-ci il tarixdə Ağdaş rayonunun Xosrov kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Kənan Bəhruz oğlunun doğum günü qeyd olunub. Mərasimdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və gənclər iştirak edib. Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Şəhidin xatirəsinə ucaldılmış bulağın qarşısında məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub. Şəhidin döyüş yolu barədə söhbət açılıb. Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər