Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yusif Nəbiyevin ailəsi ziyarət olunub.

10 oktyabr 2022 | 17:49

10 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonu Tatlar kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Nəbiyev Yusif Elton oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, döyüş yolu və qəhrəmanlığından söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər