Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəhman Dadaşovun xatirəsi anılıb.

26 yanvar 2023 | 16:49

26 yanvar 2023-cü il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində doğulub boya-başa çatmış şəhid Dadaşov Rəhman Mirələm oğlunun Birinci Qarabağ müharibəsində şəhadətə yüksəlməsinin növbəti ildönümü  ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər, şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirə lövhəsinin qarşısında məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda kompozisiya nümayiş etdirilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

 

Keçidlər