Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ramil Səlimzadənin xatirəsi anılıb.

15 oktyabr 2024 | 12:53

15 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Aşağı Ağcayazı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi  bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Səlimzadə Ramil Raqif oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.

Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, ictimaiyyətin nümayəndələri, gənclər, kənd sakinləri və şəhidin doğmaları iştirak edib.

Şəhidin əziz xatirəsi dərin ehtiramla anılıb, ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər