Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qurbanov Xəqan Daşqın oğlu son mənzilə yola salındı.

15 sentyabr 2022 | 19:52

15 sentyabr 2022-ci il tarixdə Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Qurbanov Xəqan Daşqın oğlunun doğulub boya-başa çatdığı Abad kəndində izdihamlı dəfn mərasimi keçirilib. Keçirilən vida mərasimində Ağdaş Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Şəhidin cənazəsi kənd qəbiristanlığına yola salındı. Qəbiristanlıqda dəfn mərasimi keçirildi. Şəhidin məzarı önündə onun döyüş yolu barədə çıxışlar edildi, dualar oxundu, məzarı üzərinə əklillər düzüldü.

Allah rəhmət eləsin!

 

Keçidlər