Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbocağı kəndində şəhid Məhəmməd Osmanovun doğum günü qeyd olunub.

27 oktyabr 2022 | 17:38

Ərəbocağı kəndində 27 oktyabr 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Osmanov Məhəmməd Seymur oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, kənd sakinləri, şəhid ailələrinin üzvləri və yaxınlarının iştirakı ilə kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

Keçidlər