Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elşad Əliyevin ailəsi ziyarət olunub.

16 oktyabr 2024 | 16:38

16 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Tofiqi kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi  bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Elşad Mehman oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib.

Anım mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər işçiləri, YAP rayon təşkilatının  əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.

Şəhidin əziz xatirəsi dərin ehtiramla anılıb, ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər