Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhid andı" adlı kitabın təqdimatı keçirildi.

19 sentyabr 2023 | 17:47

19 Sentyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Azər Vəliyevin xatirəsinə atası Vəli Vəliyevin iştirakı ilə ərsəyə gətirilən “Şəhid andı" adlı kitabın təqdimatı keçirilib.  Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, ictimaiyyətin nümayəndələri, şəhid valideynləri iştirak edirdi. Dəyirmi masa ətrafında keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə təqdimatı keçirilən kitabın əsas məziyyətləri barədə söhbət açılıb, bu tipli ədəbi nümunələrin gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi önəmə malik olduğu diqqətə çatdırılıb. Daha sonra çıxış edən tədbir iştirakçıları qeyd ediblər ki, şəhidlərin xatirəsinə həsr olunan belə əsərlərdən böyüməkdə olan gənc nəslin daha çox faydalanmasının vacibliyi xüsusi önəm daşımalı, bu istiqamətdə yerli yazarlar tərəfindən daha dolğun əsərlərin yaradılması ön plana çəkilməlidir.

Keçidlər