Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsində əkiz övladlar dünyaya gəlib

05 sentyabr 2022 | 12:42

44 günlük Vətən müharibəsində şəhidlik  zirvəsinə  ucalan Vəliyev Sadiq  Ayaz oğlunun ailəsində bu günlər ərzində sevincli anlar yaşanır. Şəhidiin doğma ocağında    əkiz bacı və qardaşı dünyaya göz açıb. Bu münasibətlə 3 sentyabr 2022-ci il tarixində Xosrov kəndində tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nüməyəndələri, şəhid ailələrinin üzvləri, qazilər, şəhidin doğmaları və yaxınları iştirak edib. Əvvəlcə şəhid Sadiq Vəliyevin adına inşa edilən bulağın önündə xatirəsi yad edilib. İştirakçılar  çıxış edərək ailəyə xoşbəxt günlər və ruzi, bərəkət arzulayıblar. Rayon  İcra Hakimiyyəti tərəfindən dünyaya yeni göz açan körpələrin yataq  ləvazimatları ilə təmin olunması üçün ailəyə qiyməyli hədiyyələr təqdim edilib.

Qədəmləri uğurlu olsun!

 

 

 

Keçidlər