Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Ağdaşda tədbir keçirib.

28 fevral 2024 | 15:56

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə 28 fevral 2024-cü il tarixində Ağdaş Peşə məktəbində “Gəncliyin bəlası narkomaniya:necə xilas olmalı” mövzusunda layihə çərçivəsində  tədbir keçirib. Tədbirdə Peşə məktəbinin müəllim və şagird heyəti, rayon İcra Hakimiyyəti və Polis şöbəsinin əməktaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndəsi Səbuhi Musayev açıb. Layihənin rəhbəri Tələt Qəribov tədbir iştirakçılarını salamlayaraq mövzunun əhəmiyyəti barədə ətraflı məlumat verib.   Çıxış edən natiqlər bildiriblər ki, narkomaniya təhlükəsi və ondan qorunmaqla bağlı məsələlər əsrlər boyu ağıllı beyinləri həmişə narahat etmişdir. Narkoasılılığın mexanizmlərinə, onun köklərinin və mənbələrinin axtarışına, təbiəti və mahiyyətinin açılmasına çoxsaylı kitablar, məqalələr həsr olunsa da, bu problemin sirlərini tam açmaq hələ də mümkün olmamışdır.  Diqqətə çatdırılıb ki, narkotika bütün sosial fəaliyyətlərə dağıdıcı təsir edir, qanunsuz narkoticarət milyonlarla insanı əhatə etməklə ən gəlirli biznesə çevrilir. Hazırda dünyada narkopartlayış yeni gücə malikdir və ona qarşı mübarizə əksər inkişaf etmiş dövlətlərin milli təhlükəsizlik doktrinalarında və praktiki siyasi fəaliyyətlərində öz əksini tapmışdır. Vurğulanıb ki, insan cəmiyyətin qorunması və bəşəriyyətin gələcəyi naminə narkotəhlükəsizliyinin təmin edilməsi zəruri məsələdir və o, kompleks təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi icra hakimiyyəti orqanları, dövlət və ictimai institutların daim diqqətində olmalıdır. Tədbirin yekununda iştirakçılar çay süfrəsinə dəvət olunub.

 

 

Keçidlər